!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq - FOTO

!Reklam – Yazi

Şamaxıda baxımsız vəziyyətdə qalan abidə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin siyahısına salınacaq.

Yenicag.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, son dövrdə qurum tərəfindən 1700-dək yeni abidə aşkarlanaraq qeydiyyata götürülüb:

“Həmin abidələrdən biri də Şamaxıda Mədrəsə kəndində olan kilsədir. Hazırda abidə yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb. Artıq sənədlər Azərbaycan Milli Elimlər Akademisyasına göndərilib və kilsəyə Alban abidəsi rəyi verilib. Tikili dövlət tərəfindən mühafizə olunan daşınmaz tarixi mədəniyyət abidələri siyahısına alındıqdan sonra, bərpası aparılacaq”.

F.Hüseynov qeyd edib ki, baxımsız qalan abidəyə kimliyi bilinməyən şəxslər tərəfindən zərər vurulub:
“Bu gün artıq həmin abidənin təmizlənməsi, içərisində olan artıq şeyləri çıxarlması ilə bağlı tapşırıq verilib. Dəymiş ziyanla bağlı isə akt hazılanaraq lazımı orqanlara təqdim olunacaq və daha sonra abidəyə zərər vurən şəxsin kimliyi araşdırılacaq”./Trend/

www.yenicag.az

833
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv