Google son zamanlarda reytinqi aşağı düşən HTC firmasının telefon bölməsini alıb.
Yenicag.az xəbər verir ki, şirkət 4 oktyabra qədər iki yeni modelin təqdimatını keçirəcək. Yeni model HTC telefonlarında əvvəlkilərdən fərqli olaraq Google Home sistemi tətbiq olunacaq. Bu sistem istifadəçinin əmrlərini səsli şəkildə qəbul edə, sorğulara cavab verə bilir. Həmçinin, Google Music, Spotify və Pandora kimi fərqli musiqi tətbiqlərindən istifadə etmək olur. Cast texnologiyası vasitəsilə digər cihazlarla da əlaqə yarada bilir. Səsli əmr funksiyası danışıqların dinlənilməsi baxımından müzakirələrə səbəb olsa da, mütəxəssislər sistemdə “səssizə al”ı (mute) seçərək, telefonların təhlükəsiz şəkildə istifadə olunacağına təminat verir.
Qeyd edək ki, Google bu günə qədər öz markası altında olan telefonları başqa istehsalçılara hazırlatdırırdı. Şirkət LG və Motorola Mobility ilə əməkdaşlıq edirdi. Bu gündən etibarən HTC telefonları da Google-un tərkibinə keçir. 1,1 milyard dollarlıq müqavilənin şərtləri 2018-ci ildə tam reallaşdırılacaq.
www.yenicag.az