Bu məktəbin direktoru işdən azad olundu

media-hightechnic-468x90

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub.

Bu barədə Yenicag.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Bildirilir ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:

“Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa