“Bu mənim qüruruma toxundu”

media-hightechnic-468x90

93275Xoşqədəm Baxşəliyeva ATV-dən ayrılması ilə bağlı mətbuat konfransı keçirir.

Xanım aparıcı ATV-dən ayrılma səbəbini jurnalistlərin diqqətinə çatdırıb:

“Çox təəssüf edirəm ki, bu gün doğma kanalım haqda danışacağam. Beş il öncə layihəm ilə müxtəlif kanallara müraciət etdim və tanınmış sima olmadığım üçün məni qəbul etmədilər. “ATV” isə mənə inandı və layihəmlə tanındım. Bu gün həmkarlarımdan biri dedi ki, düşünürəm ki, bu söhbətlər piarla bağlıdır. “Səni axtarıram” müqəddəs layihədir. Veriliş haqda sosial şəbəkələrdə müxtəlif fikirlər yazılırdı. Mən hər kəsə başa salırdım ki, bu, müqəddəs layihədir, 5 il bütün gücümü “ATV”yə, “Səni axtarıram”a sərf etmişəm. Daha sonra dost kanallarından birində mənim verilişim formasında proqram efirə getdi. Gedib “ATV” rəhbərliyinə yaxınlaşdım və verilişin müəllif hüquqlarını əldə etmək istədiyimi bildirdim. Daha sonra Müəllif Hüquqlarına müraciət etdik, amma müəllif hüquqlarını mənə vermədilər. Bu mənim qüruruma toxundu”.

***

X. Hidayətqızı Zaur Baxşəliyevlə problemi olması haqda yayılan xəbərlərə də münasibət bildirib:

“Mən fərdlər haqda danışmayacam. Burada söhbət müqəddəs layihədən gedir. Ancaq bu haqda danışmaq istəyirəm”.

O, proqramda yeyinti olması ilə bağlı xəbərlərə də toxunub:

““Səni axtarıram” zavoddur ki, yeyinti olsun? Orada nə qazanılıb, hansı reklamlar verilib xəbərim olmayıb. Pul haqq hesablarından xəbərim olmayıb. Atam mənə tapşırıb ki, hər zaman evinə halal pul gətir. Haram pul qazanmamışam. Mən komandamla “ANS”ə getmişəm. Heç bir əməkdaşımı dəvət etməmişəm. Onlar öz istəkləri ilə mənim yanıma gəldilər. Verilişin dekorasiyası və formatı dəyişəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600