Bu ölkə də DÇ-yə vəsiqə qazandı

media-hightechnic-468x90

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, bu, Seneqal yığmasıdı. Bu ölkənin yığma komandası Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda 5-ci tur çərçivəsində bu gün səfərdə CAR-la qarşılaşıb. 2:0 hesablı qələbəyə sevinən qonaqlar sona bir tur qalmış mundiala vəsiqəni təmin ediblər.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 24-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 8 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600