Bu ölkədə iki cinslə bağlı müddəa təsdiqləndi

media-hightechnic-468x90

Slovakiya Prezidenti Peter Pelleqrini konstitusiyada iki cins – kişi və qadın anlayışını əks etdirən düzəlişləri imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Slovak Radiosu məlumat yayıb.

Dəyişikliklər sentyabrın 26-da Milli Şura (Slovakiyanın birpalatalı parlamenti) üzvlərinin səs çoxluğu ilə qəbul edilib.

Onların təşəbbüsü ilə hakim koalisiyada aparıcı partiya olan İstiqamət – Sosial Demokratiya çıxış edib. Onun lideri və baş nazir Robert Fitso bəyan edib ki, dəyişikliklər ölkənin nikah və ailə üzərində suverenliyini, şəxsi və ailə həyatının qorunmasını gücləndirir.

Dəyişikliklər həmçinin uşaqların tərbiyəsində valideynlərin rolunu artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, Slovakiya parlamenti sentyabrın 26-da ölkə konstitusiyasında yalnız iki cinsi – kişi və qadını tanıyan tərifi təsbit edib./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa