Amerikalı porno aktrisayla eyni adı daşıyan “Mia Khalifa Porn Game” tətbiqetməsində zərərli kod tapılıb.
Yenicag.az xəbər verir ki, “Trend Micro” şirkətinin əməkdaşları erotik oyunun əslində casus proqram olduğunu üzə çıxarıblar.
Ekspertlərin sözlərinə görə, virus “Maikspy” adı qazanıb: o “Windows” və “Android” istifadəçilərinin şəxsi məlumatlarını oğurlayır. Tətbiqetmənin mobil versiyası yükləndikdən sonra proqram baş verən nasazlıq və ardınca silinmə barədə bildiriş göndərib. Lakin əslində proqram gizlənərək fon rejimində çaışmağa davam edib. Bu yolla proqram telefon nömrələrini, müxtəlif hesablar üçün şifrələri oğurlayıb, həmçinin yüklənmiş tətbiqetmələrin, sms-məktubların siyahısını hakerlərə ötürüb.
2018-ci ilin yanvar ayında proqramın adı “Virtual Girlfriend” olaraq dəyişdirilib. Lakin mahiyyəti eyni olaraq qalıb.
www.yenicag.az