Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bu prospektlərdə avtobuslar üçün hərəkət zolaqları çəkiləcək

Babək, Gəncə və Nobel prospektlərində avtobuslar üçün hərəkət zolaqları çəkiləcək.

Bu haqda Yenicag.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O, bildirib ki, yaranan tıxacların aradan qaldırılması məqsədilə Bakının bəzi ərazilərində avtobuslar üçün hərəkət zolaqlarının çəkilməsinə ehtiyac var:

“Bəzən avtobus xətlərinin mənzil başına çatmasında gecikmə halları müşahidə olunur. Bununla bağlı agentliyə yetərincə şikayət ərizəsi daxil olur. Biz mümkün qədər çalışırıq ki, gələn müraciətlərin hamısına cavab verək. Lakin onu da qeyd etmək lazımdır ki. gecikmə hallarının yaranması avtobus sürücülərinin günahı deyil. Bakı meqapolis şəhərdir və olduqca tıxaclar var. Əgər avtobuslar üçün ayrı bir hərəkət zolaqlarının sayı artsa, düşünürəm ki, yaranan problemlər öz həlli yolunu tapacaq.  Belə hərəkət zolaqlarının biri Məhəmməd Füzuli küçəsində, digəri isə Yusif Səfərov küçəsində çəkildi. Daha bir neçə yerlər var ki. məsələn, Babək prospekti, Gəncə prospekti, Nobel prospektində hərəkət zolaqlarının çəkilməsi planlaşdırılır”.

Ağayev həmçinin Bakının bəzi ərazilərində İstanbulda olduğu kimi nəqliyyat sisteminə metrobusların daxil edilməsinin planlaşdırılması mövzusuna da aydınlıq gətirib:

“Bakıdan Sumqayıta metrobuslar işləyəcəyi barədə mətbuata açıqlama vermişdik. Bunun üçün bəzi aidiyyatı qurumlar var ki. onlarla bu layihəni gerçəkləşdirmək istəyirik. İlkin mərhələdə metrobusların Azadlıq meydanı-Nobel prospekti-Zığ yolu, metronun 28 may stansiyasının yaxınlığından başlamaqla Heydər Əliyev prospekti ilə Binəyə (hava limanının yaxınlığı), metronun “20 yanvar” stansiyasının yaxınlığından 3-cü mikrorayon dairəsindən keçməklə, Dərnəgül yolu ilə metronun “Koroğlu” stansiyasına və Bakıdan Sumqayıta çəkilməsi müzakirə olunan məsələlər arasındadır”.

Elvin Paşazadə

www.yenicag.az

1221
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM