“Bu qanun layihəsi terrorçuluğu rəsmiləşdirməkdir” – Deputat

media-hightechnic-468x90

“Bu qanunla Orta Şərqdəki terrorçu qrupların nümayəndələrini Ermənistan ordusuna daxil etmək istəyirlər”.

Yenicag.az xəbər verir ki, bunu Xeberle.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, Ermənistanda “Müdafiə haqqında” qanuna müvafiq düzəlişlər edilərək ordu sıralarına mülkilərin də cəlb olunması terrorçuluğu rəsmi qaydada qəbul etməkdir:
“Bu, terrorçulara müttəfiq olan ölkənin döyüşçülərini rəsmən Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil etmək məqsədi daşıyır. Bir sözlə, bu qanun layihəsi terrorçuluğu rəsmiləşdirməkdir. Ermənistan ordusu həmişə zəif olub. Ümumiyyətlə, Ermənistan güclü ordusu olmadığına görə, heç vaxt döyüşlər aparmayıb. Orduda həmişə Ermənistanın sahibləri və xaricdəki terrorçu qruplar iştirak edib. Ona görə də indiyə kimi olan təcrübə artıq rəsmiləşdirilir”.

Qeyd edək ki, Ermənistanda “Müdafiə haqqında” qanuna müvafiq düzəlişlər ediləcəyi barədə Ermənistan Müdafiə nazirinin sözçüsü Şuşan Stepanyan deyib. Təşkil edilmiş yığma qoşun dəstələri sistemi Ermənistana silahlı hücum zamanı müdafiədə vətəndaşların könüllü iştirakı sistemidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600