Bu rayonlarda qaz təchizatında fasilə yarandı

media-hightechnic-468x90

Bu gün Bakının Binəqədi və Bərdənin qaz təchizatında fasilə yaranıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, “Bərdə” ölçü qovşağından qidalanan Divanlı kənd məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində COP-29 Proqramına əsasən, ortatəzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə aprelin 2-də saat 10:00-dən qaz təchizatı dayandırılıb.

Təmir-quraşdırma işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, eləcə də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600