!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, Rusiya tərəfindən Azərbaycana qarşı təhdiddir" - Hərbi ekspert

!Reklam – Yazi

“Azərbaycan ərazisində, postlarımızla üzbəüz Rusiya bayrağı asmaq ölkəmizə qarşı bir təhdiddir”.

Bu sözləri Qarabağdakı separatçıların yenidən aktivləşməsi, Rusiya sülhməramlılarının qeyri-qanuni fəaliyyətini dəyərləndirən hərbi-siyasi ekspert Telman Qasımov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, sülhməramlılar Qarabağda öz ərazilərindəki kimi davranırlar:

“Separatçıların aktivliyinin səbəbi Kremldir. Rəsmi Moskva onları qızışdırır. Xüsusən Qərb Zəngəzurda aktivləşib, 50 milyondan artıq sərmayə qoyub,

Rusiya demək olar ki, Zəngəzur dəhlizindən ümidini üzüb. O, İranla Şimal-Cənub dəhlizi ilə bağlı yeni müqavilə bağlayıb. İranla sərhəddə olan qoşunları xeyli geri çəkilib.

Meğri-Naxçıvan dəmiryolu ilə paralel olaraq avtomobil yolu çəkilir. Şimal qonşumuz çalışır ki, Qarabağda vəziyyəti daha da gərginləşdirsin, eskalasiya artsın. Rusiya Qarabağda Qərbin başını qatıb, digər istiqamətdə öz işlərini görmək istəyir.

Kremilin Qarabağda iki adamı var – Arayik Arutyunyan və Ruben Vardanyan. Onlar çalışır ki, vəziyyət gərginləşsin. Məqsəd sülhməramlıların vaxtını uzatmaq istəyidir.

İki gün əvvəl Şuşaya səfər etmişdik. Orada gördüklərimiz məni çox narahat etdi. Aksiya keçirilən yerdə (ekofəalların aksiyası nəzərdə tutur – red.) postlarımız qurulub. Ancaq həmin postlarla 5 metr məsafədə Rusiya sülhməramlıları da post qurub və Rusiyanın böyük bayrağını asıblar. Bu məni çox narahat etdi. Sanki Azərbaycanla Rusiyanın sərhədində idim. Onlar orada o boyda Rusiya bayrağı qaldırmamalıdır. Rusiya bayrağı yerinə sülhməramlı bayrağını assalar, daha yaxşı olardı, hansı ki, uniformalarında və maşınlarının üstündə o işarə var.

Rusiyanın o böyüklükdə bayrağının qaldırılmağı məni, həqiqətən də, çox narahat edir. Rusiya iyrənc siyasətindən əl çəkmir. Sülhməramlıların müddətinin bitməsinə 2 il qalıb, müddəti uzatmaq üçün vəziyyəti daha da gərginləşdirəcəklər. Azərbaycan ictimaiyyəti və mediası oradakı Rusiya bayrağının çıxarılmasına nail olmalıdır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

957
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv