!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu siniflərdə Azərbaycan dili fənninin tədris saatı artırıldı

!Reklam – Yazi

“Tədris başqa dillərdə olan siniflərdə Azərbaycan dili fənninin tədrisinin artırılması nəzərdə tutulub”.

Yenicag.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

“Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənni üzrə saatlar 2 dəfə artırılıb. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bunu yaxşı qarşılayacaq”, – deyə nazir əlavə edib.

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv