!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu universitetin tələbələrinə şad xəbər: Yeni təqaüd təsdiqləndi

!Reklam – Yazi

Baş Nazir Əli Əsədov “Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası”nı təsdiq edib.

Yenicag.az xəbər verir ki, qərar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Fərman Salmanov adına təqaüd”ün verilməsi qaydasını müəyyən edir.

Təqaüd ADNSU-da təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələrin stimullaşdırılması və onlara maddi yardımın göstərilməsi məqsədilə verilir. Universitetdə bakalavriat səviyyəsində əyani təhsil alan və bu Qaydaya müvafiq olaraq keçirilən müsabiqənin qalibi elan olunmuş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər təqaüd almaq hüququna malikdirlər.

Təqaüd bir tədris ili müddətinə təyin edilir, təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər.

Müsabiqədə iştiraka aşağıdakı meyarlara cavab verən tələbələr buraxılırlar:

– ali təhsil müəssisəsinə qəbul zamanı 600-dən yuxarı bal toplayan;

son iki tədris ilinin yekunlarına görə ümumi orta müvəffəqiyyət göstəricisi 91-100 olan;

– ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan.

Qaliblərin müəyyən edilməsi barədə ekspert komissiyasının qərarı onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

www.yenicag.az

1656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv