Bu video izlənmə sayına görə rekord qırdı
Yenicag.az bildirir ki, videonu itin sahibi Brett Bennet çəkib. İtin göz yaşları izləyənləri kövrəldib.
İtin sahibi iki ilə əvvəl Brutus və Hanks adlı itlərə sahib çıxıb. Lakin keçən həftə itlərdən biri – Hanks gecə yatıb və səhər ayılmayıb. Brett onlara səhər yaxınlaşanda görüb ki, Brutus digər itin yanından çəkilmir. Sonradan başa düşüb ki, itlərdən biri ölüb.
Bundan sonra o, nə qədər çalışsa da, Brutusu kənara çəkmək istəsə də Brutus digər ölmüş itin yanında çəkilməyib. Onun çəkdiyi videoda hətta Brutusun ölən Hanks üçün göz yaşı axıtdığı da görünür. Həmin anları çəkən zaman Brettin də kövrəldiyi eşidilir.
Brett Bennet Youtube-da paylaşdığı videoya şərh yazaraq bildirib ki, bu videonu çəkib paylaşmaqda məqsədi heyvanların da hisslərinin olduğunu və ağrıları insanlar kimi hiss etdiklərini göstərməkdir.
O, öz Twitter hesabında ağır çəkili boks döyüşçüsü olduğunu və qalib gələrsə qazandığı bütün pullarını Brutusun müalicəsinə xərcləyəcəyini yazıb.