Bu yolda da hərəkətin təşkili dəyişildi

media-hightechnic-468x90

Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində avtobus zolağının davamına sarı tor çəkilib. Bununla da həmin prospekt boyunca hərəkət edən ictimai nəqliyyatın daha sürətli və təhlükəsiz hərəkətinə şərait yaradılıb.

Qeyd edək ki, avtomobillərin tıxac vaxtı sarı torun üzərində qalması inzibati məsuliyyət yaradır. Belə ki, sürücü qarşıda nəqliyyatın dayandığını gördükdə və sarı torun üzərində dayanacağını yəqin etdikdə oraya daxil olmamalıdır.

Daha əvvəl F.Xoyski və M.Hadi küçələrində də oxşar yeniliklər edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa