Bu yollarda hərəkət təhlükəlidir!

media-hightechnic-468x90

90232Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumatı açıqlayıb.

Yenicag.az apa-ya istinadən bildirir ki, ötən gündən yağan güclü qar respublikanın bəzi avtomobil yollarında buzlaşmaya səbəb olub: “Hazırda Siyəzən- Dəvəçi, Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala, Ağsu aşırımı, Muğanlı-İsmayıllı,Cəlilabad-Masallı, Lənkəran-Lerik, istiqamətlərində yolun müəyyən hissələrində buzlaşma var. Müvafiq qurumlar yolun qardan təmizlənməsi istiqamətində iş aparır”.

BDYPİ-dən Bakı-Qazax və Bakı-Şamaxı yollarında nəqliyyatın hərəkətinin normal olduğu bildirilib.

BDYPİ bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən normal olan sürücülərin yola çıxmasını tövsiyə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600