“Bunun nümunə olunacaq tərəfləri var”-Yenilənib
“Slovakiyalı siyasətçinin Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etdiyinə görə onun barəsində cinayət işi açılması təqdirəlayiqdir”.
Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş Prokurorluğun Slovakiya siyasətçisi Frantişek Mikloşko barəsində həbs qəti-imkan tədbiri seçməsinə münasibət bildirərkən deyib.
Millət vəkili xatırladıb ki, İnterpolun Milli Mərkəzi Bürosu da həmin şəxs barədə axtarış elan edib: “Bu həm də ona görə önəmlidir ki, Azərbaycan hüquq-mühafizə orqanları bu cür qanunsuzluqlarla bağlı önəmli addımlar atır. Bunun nümunə olunacaq tərəfləri var”.
Deputat təklif edib ki, bu cür hüquqi addımlar bundan sonra da davam etməlidir.
A.Quliyev müdafiə naziri Zakir Həsənovun Ermənistanın Livandan, Suriyadan muzdlu döyüşçü cəlb etməsi haqqındakı bəyanatını da şərh edib.
Onun sözlərinə görə Ermənistanın əsgər çatışmazlığı ucbatından bu cür addımlar atması yeni hal deyil: “Azərbaycan ordusu cəbhədə erməni təxribatının qarşısını lazımi şəkildə alır. Amma müdafiə nazirinin bəyanatı bizi yenə də ciddi şəkildə narahat etməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu araşdırıb məsələyə münasibət bildirməlidir. Ermənistanın qanunsuz hərəkətlərinə siyasi qiymət verilməlidir. Bu gün qanunsuz olaraq Suriya, Livan, Şimali Afrikadan qanunsuz olaraq ermənilər Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilir”.
***
“Heç kimə sirr deyil ki, BP bu gün Azərbaycan qazını və neftini ixrac etdiyi halda, Gürcüstanla müqayisədə Azərbaycan daha az sosial yatırımlar qoyur”.
O bildirib ki, narahatıq ki, bu tipli transmilli şirkətlərdə sosial yatırımlar məsələsi müqavilədə nəzərdə tutulduğu kimi tənzimlənmir: “Belə şirkətlərdə işçilərlə işə götürənlər məsələsi problem olaraq qalır. Məsələn, Şirvan-Oil şirkətində bu kimi problemlər mövcuddur. Bu gün qeyri prosedurlarla işçiləri işdən çıxarırlar. Mən onlara məktub da ünvanlayıram. Ancaq onlar buna səthi yanaşırlar. Yaxşı olardı ki, sazişlərdə bu kimi məsələlər dəqiqliklə həllini tapsın”.