!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ç.Uaytinq: “Bakıda işlər plana uyğun davam edir”

!Reklam – Yazi

autosp-02 (1)Gələn il ölkəmizdə Formula1 çempionatının ilk yarışı baş tutacaq – bildiyiniz kimi, bu yarış Avropa Qran Prisi statusu alıb. Yarış gözəl Bakımızın küçələrində salınmış trasda keçiriliəcək. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru Çarli Uaytinq bu gün Britaniyanın nüfuzlu AutoSport.Com resursuna bildirib ki, tikinti işləri tərtib olunmuş qrafikə uyğun olaraq davam edir…

Çarli Uaytinq: “Keçən həftə Belçikada mən Hermann Tilke ilə görüşdüm, onun dediyinə görə, tikinti işləri yaxşı davam edir. Bakıda yarış küçə trasında keçiriləcək, ona görə də burda stasionar trasın tikintisi ilə müqayisə aparmaq düzgün deyil. Bir neçə məqam var ki, təşviş doğurur, amma bu məqamları dəf etmək üçün hər şey edilir. Mən deyərdim ki, hazırda bütün işlər plana uyğun davam edir.

Gələn ay zəruri olan yerlərdə asfalt qatının əvəz olunmasına başlayacayıq. Bakıda məsələyə çox ciddi yanaşırlar…”

Gələn ilin əvvəllərində Çarli Uaytinq Azərbaycana gələcək ki, trasın hazırlığı ilə şəxsən tanış olsun. Bir daha xatırladaq ki, çempionatın gələn mövsüm üçün tərtib olunmuş təqviminin ilkin versiyasında Bakı yarışı 15-17 iyulda baş tutmalıdır…(f-1.az).

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv