Canlı yayımda KURYOZ: Qonaq yıxıldı, aparıcıya güldülər – VİDEO

Pakistanın GTV telekanalında canlı yayımlanan verilişin gedişində kuryoz olay yaşanıb.

Yenicag.az xəbər verir ki, efirdə danışmağa hazırlaşan qonaq – jurnalist Məzhər Barlasın əyləşdiyi stul qırılıb və o, anidən yerə yıxılıb.

Lakin maraqlısı budur ki, gülüş hədəfinə yıxılan qonaq deyil, verilişin aparıcısı düşüb. Onun yerdə qalan Barlasa laqeyd reaksiyası və üzündəki ifadə geniş müzakirəyə səbəb olub.

Firuzə Alimova