Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetində baş verən qanlı hadisəni törədən Rəşad İbrahimov həbs olunub.
Bu barədə Yenicag.az-a Rəşadın atası Akif İbrahimov məlumat verib. O, oğlunun bıçaqladığı Yusif Nəbizadənin əməliyyat olunduğunu bildirib:
“Hazırda xəstəxanada, Yusifin yanındayam. Hadisə dünən baş verib. Oğlumla Yusif arasında mübahisə düşüb. Cavan uşaqdırlar, bu ona deyib, səndən qorxmuram, o buna deyib, səndən qorxmuram. Belə boş-boş söhbətlər qanlı olayla bitib. Hadisəni eşidən kimi gəldim xəstəxanaya. Yusif gecə əməliyyat olunub, onun heç bir orqanı zədələnməyib. İndi yaxşıdır. Oğlumu da həbs ediblər”.
Cəvahir
www.yenicag.az