Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yenicag.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXVIII turunda baş verənlər müzakirə olunub.
“Sumqayıt” – “Zirə” matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimələnib. Oyunun 90+3-cü dəqiqəsində “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat ziyana düşüb.
“Kəpəz”lə qarşılaşmanın 87-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Neftçi”nin futbolçusu Kiril Petrov bir oyunluq cəzalandırılıb və klubunu 200 manat xərcə salıb.
“Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun cəzası daha ağır olub. “Qarabağ”la görüşün 45+2-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan yarımmüdafiəçi 3 oyunluq cəzalandırılıb. O, komandasını 2400 manat cəriməyə məruz qoyub.
www.yenicag.az