Cəbhədə yenə atışma olub

media-hightechnic-468x90

14285cebheErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 89 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikası Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.

media-ziraat-728x90

Cəbhədə yenə atışma olub

media-hightechnic-468x90

downloadMüdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Şuraabad, Qaraqşlı, Cəvahirli, Baş Qərvənd, Kəngərli, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600