Yanvar ayında ikinci dəfə də qız anası olan müğənni Sevda Yəhyayeva aldığı kilolardan xilas olmağa çalışır.
Yenicag.az xəbər ki, müğənni iki həftəyə 5 kilo çəki atdığını bildirib. Buna idman və pəhrizlə nail olduğunu bildirən Sevda yeni görünüşdə fotosunu “İnstagram” hesabında paylaşıb.
Sənətçinin “İki həftəyə 5 kilo. Ciddi pəhriz və idmanla davam edirik” şərhi ilə paylaşdığı foto izləciyiləri tərəfindən maraqla qarşılanıb.
Əksər izləyicilər onu hər halı ilə qəbul etdiklərini və arıqlamağa ehtiyacı olmadığını vurğulayıblar.
Bəziləri isə onun çəki atmasını alqışlıyıb: “Düzdür, belə də gözəlsiniz, amma arıq olanda da tam başqa olursunuz”
Sevdanın makiyajsız halını daha çox bəyndiklərini yazan izləyicilər onun gözəlliyinə tərif yağdırıb:
“Siz təbii gözəlsiniz. Niyə bu qədər makiyaj edirsiz? Millət sizi sevir onsuz da”.
Fotonu təqdim edirik:
Nehru
www.yenicag.az