Cəlilabad rayonunda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər məsuliyyətə cəlb olunublar.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı ərazinin məişət tullantıları ilə zibillənməsi halları ilə bağlı səkkiz nəfər barəsində inzibati qaydada protokol tərtib olunub:
“Sözügedən ərazilərdəki antisanitar vəziyyət polis və aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.”
www.yenicag.az