Cəlilabadda qadınlar psixotrop dərmandan zəhərləndi

media-hightechnic-468x90

Cəlilabad rayonunda iki qadın dərmandan zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisələr rayonunun ayrı-ayrı kəndlərində qeydə alınıb.

Belə ki, rayonunun Maşlıq kənd sakini, 2001-ci il təvəllüdlü G.Quliyeva qəbul etdiyi dərmandan zəhərlənib. Qadın rayon xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, qadın həyat yoldaşının psixotrop dərmanlarını qəbul edib. Hadisənin intihar olub-olmaması məlum deyil.

Digər hadisə isə rayonun Qarazəncir kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü P. Abdullayeva psixatrop dərmandan zəhərlənib. Qadın rayon xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600