Cəlilabadda ata ehtiyatsızlıqdan avtomobillə oğlunu vurub.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. Kənd sakini Nicat Əliyev sahədə iş görərkən “Qazel” markalı avtomobili ilə 12 yaşlı oğlu Samir Əliyevin üstündən keçib. Samir Əliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az