2017/2018 mövsümünün qalibi olan “Srvena Zvezda” çempionluğu paytaxt Belqrad küçələrində qeyd edərkən arzuolunmaz durumla qarşılaşıb.
Yenicag.az xəbər verir ki, klubu şəhər küçələrində gəzdirən avtobus külə dönüb.
Buna isə futbolçulardan birinin çəkdiyi siqareti yerə atması səbəb olub. Nəticədə yerə atılan siqaret avtobusun içinə sızan yanıcı maddənin üzərinə düşüb. Bundan sonra isə salonda yanğın başlayıb.
Dərhal hər kəs avtobusdan təxliyə edilib.
Qeyd edək ki, bu, “Srvena Zvezda”nın 28-ci çempionluğudur.
www.yenicag.az