Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatıb - YENİLƏNDİ

media-hightechnic-468x90

Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, təxminən iki saat davam edən danışıqlar çətin, lakin işgüzar olub.

Medinski Ukrayna ilə bağlı tezliklə yeni görüşün keçiriləcəyini qeyd edib.

***

 

Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar bu gün davam etdirilir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Rusiya nümayəndə heyəti danışıqların keçirildiyi yerə gəlib.

Qeyd edək ki, ötən gün Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında gedən danışıqlar dörd saatdan çox davam edib.

Xatırladaq ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05