Centron Home mağazalar şəbəkəsi ölkə tarixində ilk dəfə videozənglə elektronika məişət əşyalarının kreditləşməsinin həyata keçirilməsinə başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə şirkətin Baş direktoru Yusif İbadlı məlumat verib.
Şirkət rəsmisinin verdiyi məlumata görə, artıq bu xidmətlə satışlarda çox böyük irəliləyişlər də olub.
“Pandemiyanı nəzərə alaraq müştərilərimizi bu virusdan qorumaq məqsədi ilə videozənglə kredit rəsmiləşməsini həyata keçirəcəyik və bu zaman hər hansı bir bankın vasitəçiliyi olmadan birbaşa müştəri və şirkətin kredit mütəxəssisi daxili kreditlərimizlə bu fəaliyyəti həyata keçirəcəkdir. Bununla da biz təmassız xidmətimizlə həm müştərilərimizi, həm də çalışanlarımızı koronovirus təhlükəsindən qorumuş olacağıq. Gələcəkdə biz bu xidmətimizi İketa resursları hesabına daha da genişləndirməyi düşünürük”. – Y. İbadlı bildirib.
www.yenicag.az