Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi artdı

media-hightechnic-468x90

2023-cü ilin yanvar ayının yekunlarına əsasən, Cənubi Qafqaz Boru Kəməri ilə 2022-ci ilin yanvar ayındakı 1,683 milyard kubmetrlə müqayisədə 1,895 milyard kubmetrdən artıq qaz nəql olunub.

media-banner_tkm

Yenicag.az bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Beləliklə, Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə nəql bir il ərzində 12,6 faiz artıb. Onun payına 2023-cü ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql olunan qazın 45,4 faizi düşüb, ötən ilin analoji dövründə isə bu göstərici 45,8 faiz təşkil edib.

Bütünlükdə 2023-cü ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə təqribən 4,178 milyard kubmetr qaz nəql olunub və 2022-ci ilin yanvar ayındakı 3,675 milyard kubmetrlə müqayisədə bu, 13,7 faiz artım deməkdir.

CQBK 2006-cı ildən etibarən fəaliyyət göstərir və “Şahdəniz” yatağından Azərbaycan, Gürcüstan və Türkiyə üçün qaz nəql edir. Boru kəmərinin genişləndirilmiş hissəsindən kommersiya məqsədilə Türkiyəyə nəql 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabrında başlayıb.

CQBK-nin səhmdarları aşağıdakı kimidir: bp (29,99 faiz), LUKOIL (19,99 faiz), TPAO (19 faiz), SOCAR (14,35 faiz), NICO (10 faiz) və SGC (6,7 faiz).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05