!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda GƏRGİNLİK ARTIR: “Ermənistanın əli ilə...”

!Reklam – Yazi

“Cənubi Qafqazı Ermənistanın əli ilə qaynar nöqtəyə çevirmək istəyirlər”.

Bu fikri Ermənistanın silahlanması, xarici ölkələrin Azərbaycan sərhədini müşahidələri və müharibə ehtimalını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

O, bildirib ki, bütün münaqişə ocaqları alovlanma mərhələsindədir:

“Son günlər Suriyada gərginlik pik həddə çatıb. Ehtimal var ki, Suriya 3 yerə parçalansın. Qərb çalışır ki, Suriyanı Rusiyanın nəzarətindən tam şəkildə çıxarsınlar. Görünən odur ki, dünyanın hər yerindəki münaqişə ocaqları alovlanır. Cənubi Qafqaz da münaqişə ocaqlarından biridir. Ermənistanla Azərbaycan arasında müharibə başa çatdıqdan sonra yenə soyuqluq davam edir. Sülh müqaviləsi bağlanmayıb. Ermənistan bu yöndə heç bir addım atmayıb”.

“Ermənistan əvvəl hücum silahları, sonra müdafiə silahları alırdılar. Hazırda isə Ermənistan hava hücumundan müdafiə vasitələri alır. Əgər Cənubi Qafqazda müharibə başlayarsa, bu Qarabağda yox, iki dövlət arasında olacaq. Bu halda bütün sərhəd boyu müharibə ola bilər. Müharibə olacağı təqdirdə Ermənistana çox ağır başa gələ bilər. Belə olan halda hər iki tərəfdən itkilər olacaq. Məqsəd odur ki, Cənubi Qafqazdan Rusiyanı tam şəkildə çıxsın. Cənubi Qafqazı Ermənistanın əli ilə qaynar nöqtəyə çevirmək istəyirlər”, – o, əlavə edib.

“Ermənistanı Qərb, NATO qızışdırır ki, regionda gərginlik artsın, Rusiya bazaları Ermənistan ərazisindən çıxarılsın. Qısa müddətli də olsa müharibə olsun və nəticədə Rusiyanın bütün dayaqları sarsılsın. Gürcüstanda mitinqlər davam edir. Hazırda stabillik Azərbaycandadır. Azərbaycanda stabilliyi pozmaq üçün erməniləri alət kimi istifadə edirlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv