Cənubi Qafqazda yeni əməkdaşlıq FORMATI: "Bakı artıq qeyri-sabitlik yox, sülh diktə edir"

media-hightechnic-468x90

“Bu, Cənubi Qafqazda yeni əməkdaşlıq formatının formalaşması üçün zəmin yaradır”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O, Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin çıxışı, həmçinin yeni dünya nizamında Azərbaycanın mövqeyindən danışıb.

Deputat bildirib ki, Azərbaycan uzun illərdir Münhen Təhlükəsizlik Konfransında iştirak edir və Prezident İlham Əliyev ölkəni bu platformada təmsil edir.

“Əvvəllər Azərbaycan burada əsasən Qarabağ münaqişəsi, ərazi bütövlüyü və beynəlxalq hüquq məsələlərini gündəmə gətirirdisə, artıq yeni mərhələyə keçib. Bu gün rəsmi Bakı qeyri-sabitlik prizmasından deyil, sabitlik və sülh mövqeyindən çıxış edir.

Hazırda Azərbaycan beynəlxalq platformalarda sülhün bərqərar olunması, yeni dünya nizamı, tranzit-logistika imkanları və regional əməkdaşlıq məsələlərini önə çəkir. Prezident İlham Əliyev regional problemlərin məhz region dövlətləri tərəfindən həll olunmasının vacibliyini vurğulayır və bunu praktik addımlarla dəstəkləyir.

Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, qonşu dövlətlərlə iqtisadi və siyasi əməkdaşlığın gücləndirilməsi, həmçinin Orta Asiya ölkələri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşdirilməsi yeni mərhələnin əsas istiqamətlərindəndir. Bu yanaşma həm ayrı-ayrı ölkələrin, həm də bütövlükdə regionun güclənməsinə xidmət edir.

Post-müharibə dövründə Azərbaycanın təcrübəsi beynəlxalq münasibətlər sistemində də diqqət çəkir. Yeni reallıqlar fonunda bağlantı layihələri və nəqliyyat dəhlizləri region ölkələrini bir-birinə daha çox bağlayır və qarşılıqlı asılılığı artırır. Bu isə Cənubi Qafqazda yeni əməkdaşlıq formatının formalaşması üçün zəmin yaradır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05