Çində virus təhlükəsi

media-hightechnic-468x90

56430Çinin cənub mahalı Quandunda bu ilin əvvəlindən H7N9 quş qripinə yoluxanların sayı 30-a çatıb.

Yenicag.az xəbər verir ki, yerli mətbuat bu gün yazır ki, xəstəlikdən həyatını itirən də var.

Bu diaqnozda olan 48 yaşlı pasient Szeyan şəhərində artıq həyatını itirib, daha bir neçə xəstənin isə vəziyyəti kritikdir.

Mütəxəssislərin güman edirlər ki, xəstəliyə əsas yoluxma səbəbi insanların quşlarla təmasada olmasıdır.

Hazırda Quandunda xəstəliyin müəyyənləşdiyi rayonlarda olan fermalarda quşların kütləvi məhv edilməsi prosesi yaşanır. Hər yerdə canlı quş satışına qadağa qoyulub.

Hökümət bu il fevralın 19-na rəsadüf edən ay təqvimi ilə yeni ilin gəlişi olan Cunze bayramı ərəfəsində əhali arasında təhlükəli xəstəliyin tez yayılmasından narahatdır. Bu bayramda toyuq ətindən hər hansı bir təam çinlilərin bayram süfrəsində mütləq olur. Bu zaman çox insan diri toyuq almağa üstünlük verir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa