Con Kerri Nepal xalqına kömək vəd etdi

media-hightechnic-468x90

img1712537Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Nepal xalqına kömək vəd edib.

Yenicag.az xəbər verir ki, ABŞ dövlət katibi Con Kerri ötən gün Nepalda qeydə alınan 7.9 bal gücündə zəlzələdən sonra faicə qurbanlarının ailələrinə başsağlığı verib.

C.Kerri yazılı açıqlamasında Nepal hökuməti ilə yaxından təmasda olduqlarını, eləcə də ABŞ-ın Katmandudakı səfiri Piter Boddeyə humanitar yardımların edilməsi üçün təcili 1 milyon dollar verilməsi barədə məktub ünvanladıqlarını bildirib.

Bundan başqa, o, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ilk yardım qrupunun da bölgəyə getməyə hazırlandığını bəyan edib.

Qeyd edək ki, Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1500 nəfəri keçib, azı 1700 nəfər xəsarət alıb. Bu, son 81 ildə Nepalda ən güclü zəlzələdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600