Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı ölkəyə gələcək turistlərin milli parklara səfərləri təşkil olunacaq.
Bu barədə Yenicag.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib.
O qeyd edib ki, artıq milli parklarda bununla bağlı hazırlıq işləri görülür:
“COP29 çərçivəsində ölkəyə gələcək turistlərin Abşeron Milli Parkı, Şirvan Milli Parkı, Samur-Yalama Milli Parkı və digərlərinə səfər etmək imkanları olacaq. Bununla əlaqədar artıq həmin ərazilərdə yeni turist marşrutları yaradılıb. Həmçinin infrastruktur işləri görülüb. Düşünürük ki, həm vətəndaşlar, həm də əcnəbilər həmin parklarda maraqlı tədbirlərlə tanış ola biləcəklər”.
www.yenicag.az