!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COP29-un ÖNƏMİ: “Azərbaycanda keçirilən konfransın uğurla tarixə düşəcəyinə əminik”

!Reklam – Yazi

“Birləşmiş Millətlər Təşkilatının COP29 kimi önəmli bir konfransının Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzuna, onun dünya siyasətində oyandığı rola verilən qiymətin göstəricisidir.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisinin deputatı Tural Gəncəliyev deyib.

Millət vəkili COP29 kimi nüfuzlu bir tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı təəssüratlarını bölüşüb.

Onun sözlərinə görə, COP29 tədbiri ölkəmizdə çox yüksək səviyyədə keçirilir:

“BMT-nin İqlim Dəyişikliyi ilə bağlı COP29 Konfransının ölkəmizdə yüksək səviyyədə keçirilməsi hər kəsə məlumdur. Xüsusilə, qonaqların, müxtəlif ölkələrin liderlərinin, media nümayəndələrinin ölkəmizdə bu konfransa qatılması dünyanın bütün diqqətinin Azərbaycana yönəlməsinə səbəb olub. Bu problemlə bağlı Azərbaycanda keçirilən konfransın uğurla tarixə düşəcəyinə əminik. Hesab edirəm ki, Azərbaycanda keçirilən konfrans inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında olan ixtilaflar, fikir ayrılıqlar, mövqeləri kənara qoyaraq yeni bir dönüş nöqtəsi yaradacaq”, – deyə o qeyd edib.

Deputat alternativ enerji mənbələrinə keçid prosesinin COP29 konfransında diqqət mərkəzində olmasının dünya üçün iki qat önəmli olduğunu da söyləyib.

“Mühüm müzakirələrin nəticəsində qərarların verildiyi COP29 konfransı həmçinin dünya iqlim gündəmində böyük dəyişikliyə səbəb olacaq. Təbii ki, dünyanın iqlim dəyişikliyi ilə bağlı problemlərinə heç kim laqeyd qala bilməz. Bundan əlavə, iqlim dəyişikliyi ilə bağlı maliyyə fondunun daha effektiv olması, vəsaitlərin ayrılması da uğurlu bir addımdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

COP29

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv