Son illər çörəkdən tamamilə imtina edib, bu yolla artıq çəkidən azad olanlar çoxluq təşkil edir. Çörək yeməyərək arıqlayanlar bunu həmişəlik vərdişə çevirməyə çalışırlar.
Çörəkdən tam imtina tibbi baxımdan doğrudurmu? Bunun orqanizm üçün hər hansı fəsadı ola bilərmi?
Yenicag.az xəbər verir ki, aparılan araşdırmalar uzun illər karbohidratsız və ya az karhoditratlı qidalanmanın ürək xəstəlikləri riskini artırdığını ortaya çıxarıb.
Avropa Kardiologiya Cəmiyyətinin Parisdə keçirilən iclasında bu yöndə aparılan son araşdırmaların nəticələri élan olunub. 25 min nəfəri 10 il boyunca izləyən alimlər belə qənaətə gəliblər ki, çörək yeməyib normal çəki əldə edəndən sonra karbohidrat, çörək yeməyəndə ürək xəstəliyinin yaranma rsiki 20 faiz artır.
Bildirilib ki, qısa müddətdə karbohidrattdan imtina faydalı olsa da, bunu uzun zaman, illərlə davam etdirmək sağlamlıq üçün təhlükə yaradır. Ona görə də arzulanan ideal çəki əldə edəndən sonra karbohidratsız qidalanma ürəyə ziyan vurur.
Bu səbəbdən mütəxəssislər çəkini idmanla, hərəkətlə normada saxlamağı, çox karbohidrat qəbul edəndən sonra idman etməyi tövsiyə edirlər.
Bildirilib ki, çörək, karbohidrat qəbulu günədlik 200 qaramdan az olmamalıdır.
200 qram karbohidrat nə deməkdir? Bu, təxmini olaraq 6 dilim çörək, 1 pors tərəvəz yeməyi, 1 pors qatıq, 2 desert qaşığı bal, 1 kasa şorba, 1 pors makaron, 2 ədəd peçenye və ya 2 kasa salat, 1 pors tərəvəz yeməyi, 1 kasa şorba, 5 dilim çörək, 2 pors süd və ya qatıq, 2 pors meyvə, 4 xörək qaşığı düyü, 1 peçenyeyə bərabər sayılır. (e-tibb.az)
www.yenicag.az