Çörəyin içindən şayba çıxdı-Foto

media-hightechnic-468x90

2df1Bakıda çörəyin içindən şayba çıxıb.

Bu barədə sosial şəbəkələrdə məlumat və fotolar paylaşılıb. Fotolarda çörəyin “Vaqa Baker” MMC (“Baker” çörək zavodu) istehsal olunduğu görünür. Şəkli paylaşan vətəndaşlar bununla bağlı şikayət edəcəklərini qeyd ediblər.

Məsələ ilə əlaqədar “Vaqa Baker” MMC ilə əlaqə saxladıq. İstehsalat şöbəsinin müdiri Tahir Babayev sözügedən çörəyin “Baker” çörək zavoduna məxsus olmadığını bildirdi:
“Əvvəla müştərinin hər hansı narazılığı varsa, bizim özümüzə şikayət etsin və məsələyə baxaq, həll edək. İkincisi, mən şəkilə baxıram, bu çörək bizim zavodun istehsalı deyil. Gətirsinlər və sübut edək ki, bu çörəyi biz istehsal etməmişik”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600