Ümumilikdə qozun insana faydaları çoxdur. Amma cücərdilmiş qozun müalicəvi təsiri inanılmazdır.
Yenicag.az xəbər verir ki, 1000 illik tarixi olan cücərmiş qoz təbabətdə bu xəstəliklərdə tətbiq olunur:
-Bağırsağı toksinlərdən təmizləyir
-Qanı təmizləyir
-Artrit və kataraktaya qarşıdır
-Beynin işini yaxşılaşdırır
-Ürək-qan damar sistemini gücləndirir
-Qalxanabənzər vəzinin işini aktivləşdirir
Ona görə zobu, hormonal pozuntusu, diabeti, ürək-damar problemi, hətta xərçəngi olan xəstələrə qozu adi halda yox, cücərdib yemək məsləhətdir.
Hazırlanması:
1 kq qabıqlı qoz yaxşıca yuyulur. Sonra qazana yığılıb, üzərini azca örtənə kimi təmiz su tökülür. Günəşli yerdə saxlanılır. Hər gün suyu təzələnir. Qozlar yabaş yavaş cücərəcək. 2 həftədən sonra su süzülür, qozlar soyuducuya qoyulur. 10 gün ərzində istifadə olunub bitməlidir.
İstifadə qaydası: hər gün 3 ədəd səhər və 3 ədəd axşam yemək./Medicina/
www.yenicag.az