Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start veriləcək.
Yenicag.az-ın məlumatına görə, ilk yarış günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində mübarizə aparacaqlar.
Azərbaycanı bu çəkilərdə 3 idmançı təmsil edəcək. Qadınlardan Bazarraqça Erdenebat 1/32 finaldan, Leyla Əliyeva isə 1/16 finaldan mübarizəyə başlayacaq.
Kişilərin yarışında isə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov 1/16 finaldan çıxış edəcək.
48 kq
1/32 final. Bazarraqça Erdenebat – Aleksandra Pop (Rumıniya)
1/16 final. Leyla Əliyeva – Funa Tanaki (Yaponiya)
60 kq
1/16 final. Orxan Səfərov – Tapiva Pavari (Zimbabve) / Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Azərbaycanı ümumilikdə 9 kişi və 8 qadın cüdoçu təmsil edəcək.
www.yenicag.az