“Dağıdıcı planlarda Azərbaycanın adı hallanır”
Ukraynada Razumkova Mərkəzinin hərbi proqramlar üzrə direktoru Nikolay Sunqurovski bildirib ki, yaz aylarında Şimali Qafqaz və orta Asiya regionunda hərbi-siyasi vəziyyət kəskinləşəcək. Sözügedən regionlara İŞİD-in hücumu gözlənilir. O, həmçinin qeyd edib ki, “İslam dövləti”nin Talibanla ittifaq yaranarsa, qruplaşma əhəmiyyətli dərəcədə güclənəcək.
Politoloq Tofiq Abbasov da hesab edir ki, Qafqaz İŞİD planlarında var və əgər bu baş verərsə, radikal islamçılar indi Gürcüstanın Pankisi dərəsində yerləşən hərbi-təlim bazasından istifadə edib sabitliyi pozmağa çalışacaqlar.
“Təəssüf ki, Tbilisinin başı hazırda daxili siyasi çəkişmələrə qarışıb və bəzi ölkə qüvvələri xarici sifarişçilərin təlimatı ilə islamçıların trafik siyasətinə rəvac verirlər.Yəni, söhbət qərəbpərəst dairələrin həmrəyliyindən gedir. Onlar üçün Qafqazı Rusiyanı parçalamaq üçün çalxalamaq lazımdır.Hətta dağıdıcı planlarda Azərbaycanın da adı hallanır. Yəni, dağıdıcı qüvvə üçün qeyri-sabit areal nə qədər geniş və böyük olsa bir o qədər əlverişlidir. Silah-sursat, narkotik, dağıdıcı ədəbiyyat tranziti belədə çiçəklənir Lakin bu kimi cəhdlər siyasi xəritədə dəyişikliklər etmək üçün mürtəce qüvvələrə lazımdır. Ən yaxın zamanda İŞİD İrqa və Suriyada mövqelərini itirəcək. Bundan sonra onun canlı qüvvəsi bütün tərəflərə axışacaq. Bu baxımdan İŞİD-ə himayəçilik edənlə radikalların yeni marşrutlarını cızırlar. Təəssüf ki, Qafqaz bölgəsi də qanlı planlarla əlaqəli olan sxemə qatılıb. Odur ki, Azərbaycan gərək ilk növbədə sərhədlərini etibarlı qorumaqda davam etsin, hətta gediş-gəliş prosedurlarını bir qədər də sərtləşdirsin. Oyunu ölkə hüdudlarından kənara çıxarmaq son dərəcə vacibdir. Bir də, İŞİD sıralarında hazırda vuruşanların kartotekası mütləq tərtib edilməlidir ki, bu adamların hər addımı və törətdikləri cinayətlər cəzasız qalmasın”.
Kamran