Dağıstanda baş verən yol qəzasında 7 nəfər ölüb
Dağıstanda bu gün baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 11 xəsarət alıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Dağıstan DİN-in məlumatında bildirilib. Qəza yerli vaxtla 15.00 radələrində (Bakı vaxtı ilə 17.00) Dağıstanın Serqokalinski rayonu ərazisində
“Lada-Kalina, “VAZ 2114” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər ölüb, 11 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıb”, deyə məlumatda bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.