Məktəblərdə tədris olunan 3-cü sinif Azərbaycan dili dərsliyinə salınan bir şeir sosial şəbəkələrdə müzakirəyə çıxarılaraq ondan narazılıq ifadə olunub.
Yenicag.az xəbər verir ki, valideynlərin iddialarına görə, bu şeir şagirdlərin dərsdən yayınmasına səbəb ola bilər.
Şeirin bir misrasına nəzər salaq:
Barı xəstələnəydim,
Qalxaydı hərarətim.
Qurtaraydı canımı
Sabahkı dərsdən mənim.
3-cü sinif “Azərbaycan dili” dərsliyinin müəllifləri Gülşən Orucova, Rafiq İsmayılov, Dilrüba Cəfərova və Zahid Xəlilovdur. Sözügedən şeirin adı isə “Otuz Altı, Altı” adlanır. Şeiri tərcümə edən isə elə dərsliyin müəlliflərindən biri olan Gülşən Orucovadır. Valideynlərin bir qismi kitabda uşaqlara tapşırıq olaraq verilən bu şeirin birbaşa şagirdlərin dərsdən yayınmaları üçün psixoloji təsir göstərdiyini deyirlər.
Dərsliyin müəllifi və şeiri tərcümə edən Gülşən Orucova isə deyilənlərlə razılaşmayaraq bildirir ki, şeirdə şagirdlərə heç də dərsdən yayınma aşılanmır. Bu dərsi tədris edən müəllimlər əslində şagirdlərə nəticə çıxarmağı öyrətməlidirlər.
G. Orucova qeyd edib ki, şeirin çap olunduğu bu dərslik artıq 10 ildir ki, şagirdlərə tədris olunur və şeirlə bağlı da heç bir problem yaşanmayıb.
Xəzər Xəbər
www.yenicag.az