Daha bir gəmi faciəsi
Türkiyədə qeyri-leqal miqrantları daşıyan gəminin batması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu haqda məlumatı “Milliyet” qəzeti yayıb. Axtarış işləri zamanı yeni tapılan 3 cəsəd də quruya çıxarılıb.
Dənizdə daha 5 nəfərin də olduğu təxmin edilir.
Xilas edilən miqrantların sayının isə 2-si qadın olmaqla 9 nəfər olduğu bildirilib. Əksəriyyəti suriyalı olan qaçaqların arasında İraq vətəndaşlarının də olduğu açıqlanıb.
Ölənlərin cəsədləri Datça Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.
***
Türkiyənin Muğla bölgəsində gəmi dənizdə batıb. Nəticədə 4 nəfər ölüb.
Bu haqda məlumatı “sabah” qəzeti yayıb.
Muğla valisi Amir Çiçək bu faktı təsdiq edib.
Onun sözlərinə görə, qeyri-leqal miqrantları daşıyan gəminin batması nəticəsində 4 nəfər ölüb.
9 nəfərin də xilas edildiyi deyilir.
Hadisə Muğla Datça körfəzində qeydə alınıb. Gəmi Yunanıstanın Kos adasına tərəf üzürmüş.
Gəmidə neçə nəfərin olduğu haqda bilgi verilmir.
Suda batanları xilas etmək üçün havaya vertolyotlar qaldırılıb.