Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şəki, Bakı-Göygöl, Bakı-İsmayıllı, Bakı-Cəlilabad, Bakı-Masallı, Bakı-Şirvan, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-Oğuz, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki, Sumqayıt-Oğuz, Şəki-Qəbələ, Şəki-Bərdə, Salyan-Gəncə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan Yenicag.az-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 21 sentyabr 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Şəki, Bakı-Göygöl, Bakı-İsmayıllı və Bakı-Cəlilabad istiqamətlərində 5 Lot üzrə oktyabrın 8-də;
Bakı-Cəlilabad, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki və Sumqayıt-Oğuz istiqamətlərində 4 Lot üzrə oktyabrın 11-də;
Bakı-Masallı, Bakı-Şirvan, Bakı-Siyəzən və Bakı-Ağdaş istiqamətlərində 4 Lot üzrə oktyabrın 15-də;
Bakı-Oğuz, Salyan-Gəncə, Şəki-Qəbələ və Şəki-Bərdə istiqamətlərində 4 Lot üzrə oktyabrın 18-də baxılacaq.
www.yenicag.az