Daşaltı əməliyyatında planlar ermənilərin əlinə necə keçib?

media-hightechnic-468x90

ılAviasiya akademiyasının tələbəsi olan oğlunun hansısa işindən ötrü gəlmişdi. Oğlu hansısa xəstəlik səbəb göstərilərək Akademiyadan çıxarılmışdı, ancaq başqa ali məktəbə qəbulu baş tutmurdu.

Tanışlıq zamanı söz-sözü çəkdi və öyrəndim ki, İlyas bəy keçmiş hərbçidir. Həm də mühafizəçimiz Araz Həsənovun komandiri olmuşdu. Azərbaycan Ordusu təzə formalaşanda könüllü olaraq cəbhəyə yola düşüb, batalyon komandiri kimi vuruşub. Onunla söhbətdən məlum oldu ki, Müdafiə Nazirliyinin ilk və uğursuz Daşaltı əməliyyatının iştirakçısı olub. Elə söhbətimizi də bu əməliyyat barədə qurduq. 1992-ci il yanvar ayının 26-da olan bu əməliyyatda xeyli sayda döyüşçümüz şəhid olmuşdu.

İlyas bəyin yaddaşının bir küncündə qalan həmin günlərə birgə qayıtdıq.

Qrupa bələdçi verildi  

– Müdafiə naziri general Tacəddin Mehdiyev əməliyyata özü rəhbərlik edirdi. Yanvarın 21-də biz artıq Şuşada idik. Mən o zamankı APİ-nin hərbi fakültəsini bitirmişdim. Leytenant idim. Qrup komandiri kimi əməliyyatda iştirak etdim.

Nazir özü xəritənin üzərində işlədi. Qrupların haradan və necə, eyni zamanda saat neçədə harada olacağını müəyyən etdi. Hər qrupa bələdçi verildi. MN-in kəşfiyyat qrupunun komandiri vardı – Riyad Əhmədov.

Onunla eyni qrupda idik. O, başqa oğul idi, inanın ki, 100 döyüşçüyə bərabər idi. Ağır yaralandı. Ölümündən sonra ona Milli Qəhrəman adı verildi.   Ermənilər duyuq düşmüşdü   “Biz Nəbilər tərəfdən girdik. Şuşikənddən gələn yolu bağlamalı idik. Nəbilərdən keçdik, Daşaltıya girdik. Oradan da keçib Topxanaya çatdıq.

Ermənilər duyuq düşmüşdü.

6-ya 10 dəqiqə qalmış ermənilər başladı atmağa. Hər qrupun özünün mövqeyi vardı. Demək olar ki, bütün qruplar eyni zamanda atəşə tutuldu Riyad rəhmətlik mənə dedi ki, get gör, bu nə deməkdir. Axı atəş olmamalı idi. İrəli gedib kəşfiyyat apardım. Gəlib dedim ki, pulemyotdan atırlar. Qabaqdan, arxadan, qayanın üstündən aşağı, hər tərəfdən atırdılar. Düzdür, qarasına atırdılar, amma düz mövqelərimizə tərəf atırdılar. Hava işıqlananda ölüm başladı.

Kapitan tapança ilə özünü vurdu  

– Riyad yaralandı. Atışa-atışa yerə uzandı. Yaxınlaşıb, təhlükəsiz yerə çəkdim. Dedi ki, heç kəsə demə vurulmağımı. Kapitan Musayev Vaqif Dursun oğlu ağır yaralandı. Onu döyüş yerindən çıxartdıq, göndərdik geriyə, “özünü xilas et”, – dedik. Tapança ilə özünü ağzından vurdu. İki nəfər döyüşçüsü də öldü – Zeynalov Sahib, bir də şair Qaçay Köçərlinin oğlu Elcan. Kapitanı onlar çıxaracaqdılar. Ermənilərlə qeyri-bərabər döyüşdə hər ikisi şəhid oldu.

  Şaxtada dondular, yoxsa özlərini vurdular…

– Ceyranbatanlı snayperimiz vardı – Andrey. Yaxşı vuruşdu. Sonra ağır yaralandı. Bir də leytenant Əliyev Elmar İnqilab oğlu, diz qapağından yaralandı. Talelərindən indiyə qədər heç bir xəbər yoxdur. Şaxtada dondular, yoxsa özlərini vurdular, bilmədik…

Tacəddinin dedikləri düzdür

– Hərbi sirr saxlanmadı. Rabitə vasitələri köhnə idi, nə danışırdıq, ermənilər tuturdu. Əməliyyatın hazırlanmasında güman ki, səhvlər oldu. Tələsdilərmi? Bəlkə də! Tabeçilikdə olan insanlar bir-birini tanımırdı. “Tanımaq istəmirdi də” demək olardı. Hər kəs özünü komandir görürdü. Tacəddinin dedikləri düzdür. Batalyonları bir yerə yığa bilmədi…   İtkimiz 200-dən çox oldu. Riyad özü 100 nəfərə bərabər idi. Professional döyüşçü, çekist, kəşfiyyatçı idi. Afrikadan belə vuruşmuşdu. Yuxarıdan qarapaltarlılar gəldi. Bizə demişdilər ki, xüsusi təyinatlılar gələcək, qara geyimdə olacaqlar, onları tanıyın. Gələnlər isə ermənilər oldu. Ağır yaralandım. Əmircanlı döyüşçüm vardı – Qasımov Elşad. Məni o çıxartdı döyüşdən. 2-3 kilometr sürüdü. Özümü atdım çaya. Ferma tərəfdən çıxdım. əsgərə dedim ki, mənimlə işin olmasın, özünü xilas elə. Çıx, get. O isə getmək əvəzinə geri döndü. Girdi döyüşə. Bizimkilər artıq hamısı vurulmuşdu. Açıq yerdə yaxalamışdılar. Pusquya düşmüşdük. Bələdçilər haqda deyirlər ki, guya satqın çıxdılar. Yalandır. Onlar da döyüşdü. Birinci elə onları vurmuşdular…(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600