Daşqın Gülməmmədov: “Qondarma “erməni soyqırımı” siyasi virusdur və fəsadları görünməkdir”
Qondarma “erməni soyqırmı” nə tarix nə də ki, sadə təbliğatdır. Bu uzunmüdətli zaman üçün hazırlanmış siyasi virusdur və fəsadları görünməkdədir.
Bunu mətbuata açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov deyib. O, bildirib ki, 24 aprelə qədərki dövr və qondarma soyqırımın 100 ilik yubileyi günü dünya ictimai rəyinə ötürülən informasiyalar, onların tərzi və xarakteri onu deməyə əsas verir ki, qondarma “soyqırım” təbliğatı artıq bir neçə fövqəldövlətin siyasi təsir vasitəsinə çevrilib. Siyasi texnologiyaların və informasiya müharibəsinin aparılması üçün yeni metodların istifadəsinə geniş yer verilib. Aydın məsələdir ermənilər qondarma “soyqırım” təbliğatında, yerdilməsində sadəcə bir alət kimi istifadə edilirlər. Acıqca görünür ki, qondarma “erməni soyqırımı” birbaşaş Türkiyənin və Azərbaycanın yaxın gələcəkdə milli təhlükəsizliklərinə və əırazi bütovlüklərinə qarşı ciddi təsir vasitəsi kimi istifadə ediləcək. Ermənistan xüsusi xidmət orqanları, gizli analitik mərkəsləri və beynəlxalq erməni diasporası müstəqil şəkildə belə qlobal təbliğat kompaniyası, siyasi təsir və hüquqi prosedurlar həyata keçirə bilməzlər. Bu məsələdə bir, iki yox ən azı beş fövgəldövlətin xüsusi xidmət orqanları, gizli analitim mərkəzləri və informasiya-təxribat qrupları koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədirlər. Dəsti xəttdən aydın görünən odur ki, erməni ideologlarının “Dənizdən dənizə böyük Ermənistan” planı fövqəldövlətlərin və beynəlxalq güclərn əlində vasitəyə çevrilib. Məqsəd Türkiyəyə beynəlxalq hüquq vasitəsiylə “qatil, cinayətkar dövlət” statusu verməkdir. SSRİ dağıldıqdan sonra yenidən siyasi texnologiya vasitəsi kimi gündəmə gələn qondarma “erməni soyqırımı” layihəsi məhz Türkiyə, Azərbaycan, daha sonra isə digər türk dövlətləri və topluluqları üçün təsir vasitəsi kimi nəzərdə tutulub. Artıq qondarma “erməni” soyqırımı siyasi məfhumdan hüquqi məfuma və beynəlxalq hüquq subyektinə çevrilməkdədir. Artıq bunu ciddi təhlükə kimi qəbul etmək lazımdır. Bunun isə ilk zərbəsini Türkiyədən öncə Azərbaycan alacaq. Davamlı olaraq ermənilərin “yazıq, zülm şəkmiş xalq” kimi tanıdılması prosesi reallaşmağa başlayıb. Beləliklə yaxın gələcəkdə qondrma “Dağlıq Qarabağ Respublikasının tanıdılması üçün beynəlxalq səviyyədə siyasi zəmin hazırlanıb. Fövqəlgüclərin qondarma “erməni soyqırımı” texnologiyasına qarşı Türkiyə və Azərbaycan birgə, koordinasiyalı əks-tədbirləri gecikdirməklə öz ərazi bütövlüklərinə və milli təhlükəsizliklərinə qarşı ciddi fəsadlara yol açırlar”, deyə Daşqın Gülməmmədov demişdir.