Davada öldürülən 18 yaşlı Nemətin təsirli VİDEOSU

media-hightechnic-468x90

Dekabrın 19-na keçən gecə Xətai rayonu ərazisində kütləvi davada öldürülən 2004-cü il təvəllüdlü Nemət Həsənov orta məktəbi bu il bitiribmiş.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə onun “Son zəng”də çəkdiyi təsirli görüntüləri yayılıb. Həmin videoda 18 yaşlı oğlan kövrələrək dostlarını unutmayacağını bildirib.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, hadisə Xətai rayonu, “NZS qəsəbəsi” adlanan ərazidə, Mingəçevir küçəsində baş verib. Gecə saatlarında 2005-ci il təvəllüdlü Əhmədli Fərid Möhübbət oğlu 2004-cü il təvəllüdlü Nemət Elşən oğlu Həsənov və 2005-ci il təvəllüdlü Orxan Hüseynovu bıçaqlayıb, 2005-ci il təvəllüdlü Xalid Nəbiyevə isə küt alətlə xəsarət yetirib.

Döş qəfəsindən ağır yaralanan Nemət vəfat edib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Əhmədli həbs edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05