!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Davam” Gənclər Hərəkatı “Davamçı ol” layihəsinə start verdi - FOTO

!Reklam – Yazi

“Davam” Gənclər Hərəkatı “Davamçı ol” layihəsinə start verib.

Layihə çərçivəsində görüşlər Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universitetinin birinci və ikinci tədris binası, Azərbaycan Texniki Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə baş tutub və ümumilikdə 3000-dən çox gənc bu görüşlərdə iştirak edib.

Görüşlər zamanı “Davam” Gənclər Hərəkatının nümayəndələri tərəfindən iştirakçılara Hərəkat haqqında ətraflı məlumat verilib, “Davam”-ın gənclərə təqdim etdiyi xidmətlər və ötən dövr ərzində görülən işlərlə bağlı təqdimatlar keçirilib. Səmimi söhbət əsnasında gəncləri maraqlandıran məsələlər barəsində müzakirələr aparılıb, onların təklif və fikirləri dinlənilib.

“Davamçı ol” layihəsi ötən ildə 8000-dən çox gənci əhatə edən “Davamçı gənclər şəbəkəsinin formalaşdırılması” layihəsinin davamlılığının qorunması məqsədi ilə həyata keçirilir və layihə çərçivəsində ali təhsil müəssisələri, həmçinin regionlarda görüş, təqdimat və müzakirələrin baş tutması planlaşdırılır.

Qeyd edək ki, “Davamçı ol” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv