Dünya çempionatının G qrupu çərçivəsində keçirilən İngiltərə – Belçika (0:1) matçında ikincilərin futbolçusu Mişi Batşuayinin qol sevinci gündəm olub.
Yenicag.az xəbər verir ki, 24 yaşlı hücumçu qol sevincini qeyd edərkən topa zərbə endirib. Lakin top qapı dirəyinə dəydikdən sona futbolçunun üzünə çırpılıb.
Həmin anın videosu izlənmə rekordu qırıb. Durumun fərqində olan Batşuayinin də məsələyə reaksiyası maraqlı olub. O, “Twitter”də “Niyə bu qədər axmağam?” yazıb. Onun bu “twit”i 90 min dəfə “retweet” (paylaşım) olunub, eləcə də 300 mindən çox bəyəni toplayıb.
www.yenicag.az